Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavus Qəsəbov İsmayıl Nəbi oğlu

06.07.1991-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı qumbaraatan vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı  07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Qazax rayonunun Çaylı kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et