Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Qurbanov Ruslan Üzeyir oğlu

07.09.1991-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində pulemyotçu vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 02.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 02.10.2020-ci il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et