Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Mehdiyev Surxay Zülfi oğlu

07.12.1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 19.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 24.10.2020-ci il tarixdə Quba rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var idi. Xidməti dövründə 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et