Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Nadirov Elçin Nadir oğlu

05.12.1987-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı-istehkamçı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 15.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 17.10.2020-ci il tarixdə Şəki şəhər qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var idi. Xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 25.12.2020 “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et