Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Vəlizadə Anar Afət oğlu

03.07.1994-cü ildə Salyan rayonunun Cəngən kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində istehkamçı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 09.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.  12.11.2020-ci il tarixdə Səlyan rayonunun Cəngən kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et