Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş əsgər Fərəcov Kamran İlqar oğlu

14.02.1996-cı ildə Şirvan şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 27.10.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 29.10.2020-ci il tarixdə Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəlidir. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et