Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş əsgər Həsənov Pərviz Fərmayıl oğlu

08.12.1989-cü ildə Samux rayonunun Poylu kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində tuşlayıcı vəzifəsində xidmət etmişdir. Vətən Müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Samux rayonunun Poylu kənd qəbiristanlığında dəfn edilmişdir.  Ailəli idi. 1 övladı var. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə”və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.





Çap et  Çap et