Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş leytenant Kazımov Kamran Qurbanəli oğlu

07.12.1990-cı ildə Rusiya Federasiyasının Voloqda vilayətində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində qrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı  05.10.2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 06.10.2020-ci il tarixdə Qurd Qapısı-42 hərbi şəhərciyinin hərbi məzarlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var. Xidməti dövründə 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra  09.12.2020-ci il tarixdə “Qarabağ” ordeni, 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et