Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş leytenant Mustafayev Təhmasib Sərməst oğlu

30.08.1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində qrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 11.11.2020-ci il tarixdə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 1 övladı var idi. Xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni və 29.12.2020 “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.





Çap et  Çap et