Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Ağayev Ramiz İmamverdi oğlu

25.07.1993-cü ildə Bakı şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı vəzifəsində xidmət etmişdir. Vətən Müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 14.11.2020-ci il tarixdə Qurd Qapısı-42 hərbi şəhərciyinin hərbi məzarlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilmişdir.





Çap et  Çap et