Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Eyniyev Tərlan Gölişad oğlu

22.01.1993-ci ildə Yardımlı rayonunun Zövün kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 05.10.2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 07.10.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et