Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Fətəliyev Emil Mayis oğlu

30.10.1992-ci ildə Qax rayonunun Qorağan kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində istehkamçı radiotelefonçu vəzifəsində xidmət etmişdir. II Vətən Müharibəsi zamanı  22.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 24.10.2020-ci il tarixdə Qax rayonunun  Qorağan kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.





Çap et  Çap et