Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Xeyrullayev Cəlil Mürvət oğlu

16.05.1989-cu ildə Quba rayonunun II Nügədi kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 15.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.  16.10.2020-ci il tarixdə Quba rayonunun II Nügədi kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et