Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş İmanzadə Hilal Sabir oğlu

23.06.1995-ci ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı  01.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 02.10.2020-ci il tarixdə Beyləqan rayonunun Peyğəmbər ziyarətgahında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et