Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Məmmədov Elvin Tərlan oğlu

12.12.1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 03.10.2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 03.10.2020-ci il tarixdə Biləsuvar rayonunun Xırmandalı kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 1 övladı var. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra  15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et