Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu

27.07.1994-cü ildə Cəlilabad rayonu Badamağacı kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 11.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 11.10.2020-ci il tarixdə Cəlilabad rayonu Badamağacı kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra  15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et