Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Orucov Afər Yafət oğlu

13.03.1996-cı ildə Quba rayonunun Aşağı Atuc kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində təlimatçı-istehkamçı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Quba rayonunun Aşağı Atuc kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020 “Füzulinin azad olunmasına görə” və 29.12.2020 “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilmişdir.





Çap et  Çap et