Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Ömərov Orxan İmran oğlu

17.10.1991-ci ildə Quba rayonunun Qonaqkənd kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 11.11.2020-ci il tarixdə Quba rayonu Qonaqkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020 “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et