Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Piriyev Elsevər Mahir oğlu

12.06.1995-ci ildə Ağcabədi rayonunun Arasbar kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 16.10.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 10.12.2020-ci il tarixdə Ağcabədi rayonunun Arasbar kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” 24.12.2020-ci il tarixdə Cəbrayılın azad olunmasına görə, 25.12.2020-ci il tarixdə Füzulinin azad olunmasına görə, 24.06.2021-ci il tarixdə Xocavəndin azad olunmasına görə və 24.06.2021-ci il tarixdə Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilmişdir.





Çap et  Çap et