Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Rzayev Ceyhun İsmayıl oğlu

16.09.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 11.11.2020-ci il tarixdə Bərdə rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 24.12.2020 “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020 “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et