Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Talıblı Asif Arif oğlu

26.04.1993-cü ildə Biləsuvar rayonunun Zəhmədabad kəndində anadan olmuş,       DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 12.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 13.10.2020-ci il tarixdə Biləsuvar rayonunun  Zəhmədabad kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 1 övladı var idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və    24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et