Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Əsgər Abasov Ayaz Nizami oğlu

20.12.1998-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, 03.10.2020-ci il tarixdə Füzuli rayonunda gedən döyüşlərdə həlak olmuşdur. 07.10.2020-ci il tarixdə Cəlilabad rayonunun Bəcirəvan kəndində dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et