Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Əsgər Bağırov Elnur Zeynal oğlu

06.03.1996-cı ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir.  Vətən müharibəsi zamanı 02.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 02.10.2020-ci il tarixdə Cəlilabad rayonu, Privolnoye kənd məzarlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.





Çap et  Çap et