Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Əsgər Məmmədov İsmayıl Fərhad oğlu

10.03.1992-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı  07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 11.11.2020-ci il tarixdə Sabirabad rayonunun Cəngən kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra  15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilmişdir.





Çap et  Çap et