Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Əsgər Surxayzadə Cahangir Hətəm oğlu

09.07.1996-ci ildə Tərtər rayonunun Qaynax kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində atıcı-meteomüşahidəçi vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı  07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 10.11.2020-ci il tarixdə Tərtər rayonunun Qaynax kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” və  29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilmişdir.





Çap et  Çap et