Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Gizir Abdullayev Sərxan Elxan oğlu

02.11.1988-ci ildə Qazax şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 27.09.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.  28.09.2020-ci il tarixdə Qazax rayonu Ağköynək qəsəbə qəbiristanlığında dəfn edilmişdir.  Evli idi. 2 övladı var. Xidməti dövründə 26.06.2018-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et