Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Gizir Tağızadə Cahid Vahid oğlu

12.02.1988-ci ildə Bərdə şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 03.10.2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.  03.10.2020-ci il tarixdə Bərdə rayonunun Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 2 övladı var idi. Xidməti dövründə 26.06.2020-ci il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et