Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Kapitan Babayev Şamil Baloğlan oğlu

26.01.1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində qrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 13.11.2020-ci il tarixdə Culfa rayonu Camaldın kənd qəbiristanlığında dəfn edilmişdir. Evli idi 1 övladı var. Xidməti dövründə 26.06.2020-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 09.12.2020-ci il tarixdə “Zəfər” ordeni, 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et