Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Leytenant Məmmədov Qəzənfər Habil oğlu

23.08.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində qrupkomandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Gəncə şəhərinin Gülüstan qəsəbəndə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə 3-cü dərəcəli “Rəşadət” ordeni, 15.12.2020-ci il tarixdə “Vətən uğrunda”, 25.12.2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et