Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Əsgər Vəliyev Fərid Güloğlan oğlu

01.09.1993-cü ildə Beyləqan rayonunun Əhmədli kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 07.11.2020-ci il tarixdə Şuşa rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 12.11.2020-ci il tarixdə Beyləqan rayonunun Xələc kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et