Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi
İdarənin Vəzifələri
- daxili işlər orqanlarında fəaliyyətin mənəvi-psixoloji təminatı üzrə aparılan işə təşkilati-metodiki rəhbərliyi həyata keçirmək;
- şəxsi heyətlə təlim-tərbiyə xarakterli tədbirlərin həyata keçirilməsində digər hüquq-mühafizə orqanları, dövlət və yerli idarəetmə orqanları, ictimai birliklər, qeyri-hökumət, veteran təşkilatları, dini qurumlar, elm və incəsənət xadimləri, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın təmin olunmasına kömək göstərmək;
- daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə qanunla nəzərdə tutulmuş imtiyaz və güzəştlərin düzgün tətbiq olunmasında köməklik göstərmək;
- şəxsi heyətin müxtəlif idman yarışlarında, digər mədəni-kütləvi tədbirlərdə iştirakını təşkil etmək.
Çap et