Rayon polis şöbələrində əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ilə bağlı görüşlər keçirilmişdir
Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən Siyəzən, Quba, Xaşmaz, Qusar, Şabran və Xızı Rayon Polis şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər və təlimlər keçirilmişdir






