8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı şəhərində, eləcə də respublikanın şəhər və rayonlarında yaşayan DİN-in Daxili Qoşunlarının Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının ailə üzvləri ziyarət olunmuşdur.
Polis əməkdaşları tərəfindən bayram münasibəti ilə şəhidlərin qadın ailə üzvlərinə və övladlarına hədiyyələr təqdim olunmuş, onların problemləri və istəkləri dinlənilmişdir.
Öz növbəsində şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.