Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

02 03 2023

Ulu öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi məqsədilə mərkəzi aparatın əməkdaşlarına geniş mühazirə oxunmuşdur.

2023-cü ilin mart ayının 1-də DİN-in Şəxsi Heyətlə İş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respubikasında 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərin təqvim planına əsasən, Nazirliyin 2 saylı inzibati binasının akt zalında İnsan Alverinə Qarşı Mübarizə və Maddi Texniki-Təminat baş idarələri, Maliyyə-Plan və Tibb idarələrinin, Təhlükəsiz Şəhər və «102» xidmətlərinin əməkdaşlarının və DİN yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir.

İlk olaraq Ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və xidməti borcunu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Şəxsi Heyətlə İş İdarəsinin rəisi polis polkovniki Elçin Məmmədli tədbirin iştirakçıları qarşısında «Azərbaycanın daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin rolu» mövzusunda geniş mühazirə ilə çıxış edərək, Azərbaycanın öz dövlət müstəqilliyini əldə etdikdən sonra üzləşdiyi böyük çətinliklərlə müşayiət olunmuş keçid dövründə əsas yükü üzərinə götürərək xalqımızı fəlakətlərdən xilas etdiyini, geniş vüsət almış cinayətkarlıqla mübarizə sahəsində qəti addımlar attıdığını, bu günümüz üçün hesablanmış müdrik qərarlar qəbul etdiyini vurğulamış, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bü gun möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəldiyini, dövlət başçısının daxili işlər orqanlarına göstərdiyi qayğı və etimadı vicdanla və layiqli xidmətləri ilə doğrultduğunu söyləyərək çıxışını bitirmişdir.

Sonda söz alan DİN yanında İctimai Şuranın katibi Sevda Məmmədova müstəqil Azərbaycan dövlətinin qurulmasında Ümummilli lider Heydər Əliyevin rolunun əvəzolunmaz olduğunu qeyd edərək, dahi şəxsiyyətin xalqımızın yaddaşında dərin izlər qoyduğunu bildirmişdir.

 

 





Çap et  Çap et