Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

18 03 2023

Daxili işlər naziri Vilayət Eyvazov Şəmkir şəhərində vətəndaş qəbul keçirib

Şəmkir rayonuna səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 22-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 





Çap et  Çap et