Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

06 05 2023

Polis veteranı ziyarət edilib

Polis veteranı Əli Məlikovun 90 yaşının tamam olması münasibətilə Sumqayıt ŞPŞ-nin rəisi polis polkovniki Fəqan Azadəliyev, şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Eldəniz Həsənov, veteranları şurasının sədri Rostevan Əliyev, eləcə də idarənin əməkdaşları yubilyarı ziyarət edib maddi və mənəvi dəstək göstəriblər. 1956-cı ilin mart ayından 1983-cü ilin dekabr ayınadək daxili işlər orqanlarında xidmət keçmiş, xidmət müddətində əmək veteranı, bir çox orden və medallarla təltif olunmuş sabiq polis əməkdaşı Əli Məlikov görüşdən təsirləndiyini, sabitliyin, əmin-amanlığın qorunması üçün gecəli-gündüzlü xidmət aparan polisin ictimai asayişin keşiyində mətin dayandığını, hüquqazidd əməllərin, cinayətkar qəsdlərin qarşısını qətiyyətlə aldığını görəndə fərəh hissini keçirdiyini dilə gətirmişdir. Daha sonra idarənin əməkdaşları üzərində polis geyim formasında fotoşəkli həkk olunmuş, xüsusi əl işi olan xalçanı yubilyara təqdim etmişlər. Sonda Əli Məlikov ona göstərilən yüksək diqqət və qayğıya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirmişdir.





Çap et  Çap et