Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

08 05 2023

Daxili işlər orqanlarında xidmət etmiş 1941-1945-ci illər müharibəsi iştirakşıları ziyarət edilib

May ayının 8-də daxili işlər orqanlarında uzun illər qüsursuz xidmətlərini, gənc əməkdaşların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlara xidmətə, dövlətçiliyə sədaqət hisslərinin aşılanmasında xüsusi fəaliyyətlərini nəzərə alaraq, habelə faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru polis polkovnik-leytenantı Tural Qəniyev müharibə veteranları, sabiq DİO əməkdaşları Abdullayev Səfər İbad oğlunu və İbrahimov Əzim Əlisgəndər oğlunu ziyarət edərək DİN rəhbərliyinin müvafiq əmrilə ayrılmış pul mükafatını onlara təqdim etmiş, maddi və mənəvi dəstək göstərmişlər.

Müharibə veteranları həyatlarında dərin iz qoymuş keçdikləri döyüş yolları və daxili işlər orqanlarında xidmət etdikləri illərlə bağlı xatirələri ilə bölüşərək onlara göstərilən yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

 

 





Çap et  Çap et