Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

05 05 2023

“Mən böyüyəndə polis olmaq istəyirəm !”

Şabran Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı Nahid Ələsgərov Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli və kütləvi informasiya vasitələrinin əməkdaşları ilə birlikdə Şabran rayonunun ucqar dağ kəndi Qazbabalıda məktəb olmamasına baxmayaraq ev şəraitində təhsil alan şagirdlərlə görüşmüşlər. Şagirdlərlə salamlaşan Nahid Ələsgərov “Mən böyüyəndə polis olmaq istəyirəm. Həm onun formasından xoşum gəlir, həm də cinayət edənləri tutur...” bildirən və gələcəkdə polis olmaq istəyən 10 yaşlı Hüseyn Əliyevə, həmçinin digər şagirdlərə hədiyyələri təqdim edərək, Daxili İşlər Nazirliyinin rəhbərliyinin salamlarını çatdırmış və ona bu arzusunu gerçəkləşdirmək yolunda uğurlar arzulamışdır.

 





Çap et  Çap et