Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

14 06 2023

Quba və Siyəzən şəhərlərində daxili işlər orqanlarında xidmətə təşviqlə bağlı gənclərlə görüşlər keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2023-cü ilin iyun ayının 7-də və 9-da Quba Rayon Gənclər və İdman İdarəsində və Siyəzən Gənclər Evində həqiqi hərbi xidmətini başa vurmuş gənclərin polisdə xidmətə cəlb edilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirovun və baş inspektoru polis polkovniki Laçın Paşayevin iştirakı ilə daxili işlər orqanlarında xidmət etmək həvəsi olan gənclərlə görüşlər keçirilmişdir. Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmış, canlı söhbətlər aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda, tədbirlərin keçirildiyi binalarda aidiyyəti məlumat-reklam posterləri və plakatlar yerləşdirilməklə, iştirakçılara təbliğat bukletləri paylanılmışdır.





Çap et  Çap et