Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

27 07 2023

Quba Rayon Polis Şöbəsində veteran polis əməkdaşları ilə görüş keçirilib

2023-cü ilin iyul ayının 25-də Quba rayonu “Veteranlar Şurası”nın sədri Məmmədov Cəlaləddin Mirzağa oğlunun 70 illik yubileyi münasibətilə Quba Rayon Polis Şöbəsində veteran polis əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı şöbənin xidmət üzrə rəis müavini polis polkovniki Vüsal Rüstəmov və rəisin şəxsi heyətlə iş üzrə köməkçisi polis mayoru Rüstəm Hüseynov çıxış edərək Cəlaləddin Məmmədovu yubiley münasibətilə təbrik etmiş və işlərində uğurlar arzulamışlar. Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Quba RPŞ-nin rəhbərliyi tərəfindən ona fəxri fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.

 





Çap et  Çap et