Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

15 09 2023

Daxili işlər naziri Türkiyə polisini təltif etdi

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.

Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.

DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.

 





Çap et  Çap et