Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

22 09 2023

Vətən uğrunda qəhrəmanlıqları ilə əbədi ömür qazananları heç vaxt unutmayacağıq

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşları ilə vida mərasimləri keçirilib.

Mərasimlərdə dövlət və hökumət nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları, hüquqmühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İllər sonra ərazi bütövlüyümüzə yenidən təhlükə yaradan düşmən təxribatlarının qarşısının alınmasında da səngərsiz qəhrəmanlarımız tarixi uğurlara imza atdı, içdiyi anda sədaqətini, Vətənə, Xalqa sevgisini bir daha sübut etdi.

İnanırıq ki, tariximizə adları qızıl hərflərlə yazılan qəhrəmanlarımız heç vaxt unudulmayacaq, yaxın gələcəkdə düşməndən azad edilmiş doğma yurd yerlərimizdə olanların adları əbədiləşdiriləcəkdir.
Rəhmətlə anır, ehtiramla yad edirik.

       





Çap et  Çap et