Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

29 09 2023

Şəhidlər qəhrəmanlarımızdır !

2013-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Mudafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Bir nəfər isə mülki şəxsdir.

Daxili Qoşunların şəhid olan hərbi qulluqçuları və polis əməkdaşları bu lokal antiterror tədbirlərində də tariximizə yeni qəhrəmanlıq səhifəsi yazıb, şanlı salnaməyə öz qanları ilə imza atdılar.

Hər bir hərbçimiz, hər bir əməkdaşımız xidmətə başladığı andan xalqa sədaqətlə xidmət etmək və onun maraqlarını mərdliklə qorumaq andına nə qədər sadiq olduğunu dəfələrlə tarixin belə taleyüklü anlarında şəhidlik zirvəsinə ucalmaqla təsdiq ediblər.

Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş bütün əməkdaşlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!

 

 





Çap et  Çap et