Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

20 12 2023

Daxili İşlər Nazirliyinin əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

Müasir dövlətçiliyimizin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib.

Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

 





Çap et  Çap et