Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

27 02 2024

Lənkəran şəhərində DİN sistemində təhsilə və xidmətə təşviqlə bağlı gənclərlə növbəti görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin fevral ayının 23-də respublikanın Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun, baş inspektoru polis polkovniki Laçın Paşayevin və Daxili Qoşunların nümayəndəsi polkovnik-leytenant Elmin Məmmədovun iştirakı ilə Lənkəran Olimpiya İdman Kompleksində orta təhsil müəssisələrin yuxarı sinif şagirdləri və həqiqi hərbi xidmətini başa vurmuş gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə görüş keçirilmişdir.

Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmış, canlı söhbətlər aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.





Çap et  Çap et