Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları tərəfindən növbəti görüşlər Xankəndi və Şuşa şəhər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayon polis şöbələrinin şəxsi heyəti ilə keçirilmiş, seminar-məşğələlər təşkil olunmuş, aktual mövzular üzrə iştirakçılara zəruri məlumatların çatdırılması təmin edilmişdir.
Təlimlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı, Azərbaycanda keçirilən COP29 tədbiri, DİN-in son Kollegiya iclaslarında qeyd olunmuş bir sıra aktual məsələlər, şəxsi heyətin xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, xidməti intizama və qanunçuluğa əməl etməsinin vacibliyinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına dair mövzular iştirakçıların nəzərinə çatdırılmış, sosial şəbəkələrdə polisin fəaliyyəti ilə bağlı mənfi rəyin formalaşdırılması cəhdlərinin qarşısının alınması, əməkdaşlar tərəfindən sosial şəbəkələrdən istifadənin, əxlaq normalarına zidd davranışın yolverilməzliyi, xidməti konfidensiallığın qorunmasının zəruriliyi, eləcə də korrupsiya hallarına qarşı mübarizə ilə bağlı mövzular əməkdaşların diqqətinə çatdırılmış, canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Şəxsi heyətin ideoloji hazırlığının yüksəldiməsi istiqamətində tədbirlər DİN-in 14.02.2024-cü il tarixli 3-13-23/2-436/2024 nömrəli “Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı 2024-cü ildə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən keçiriləcək seminar-məşğələlərin Plan Cədvəli”nə uyğun davam etdirilir.


