Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

27 03 2017

Xocalı qurbanları yad edilib

Fevralın 24-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin tirakı ilə anım mərasimi keçirilmdir.

Tədbiri gir sözü ilə açan daxili lər nazirinin müavini, polis  general-leytenantı Oruc Zalov bildirmdir ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 25 il əvvəl Xocalıda üzləşmişdir. Nazir müavini vurğulamışdır ki, yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən soyqırıma obyektiv hüquqi-siyasi qiymət verilmiş, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuş, 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident sərəncamı imzalanmışdır. 

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış  xocalıların, eləcə də ərazi  bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyən polis general-leytenantı Oruc Zalov qeyd etmişdir ki, illər keçməsinə baxmayaraq, qətliam qurbanlarının əziz xatirəsi anılır, dünya ictimaiyyəti Xocalı faciəsini yad edərək Azərbaycanla həmrəy olduğunu bildirir, millətçilərin törətdikləri bədnam əməlləri pisləyir. 

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, torpaqlarımızın işğal faktı və Xocalı soyqırımı ilə bağlı xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyini diqqətə çatdıran nazir müavini vurğulamışdır ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü artıq ifşa olunmuşdur və dünya ictimai fikri Xocalı qətliamını soyqırımı kimi qəbul edir.  

Nazir müavini O.Zalov bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, ölkəmizin dünyada gedən mühüm proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, iqtisadi potensialımızın, siyasi və hərbi qüdrətimizin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmışdır.

O, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.   

Şəhid ailələri adından çıxış edənlər  - Vərziyar Əliyeva, Qiymət Kərimova və Şamilə Məmmədova onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.





Çap et  Çap et