Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

30 06 2018

DİN-in şəxsi heyəti peşə bayramı ərəfəsində Fəxri Xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

İyun ayının 30-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Nazirliyin Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanına gedərək "Əbədi Məşəl" abidəsini də ziyarət ediblər.

 

 





Çap et  Çap et