Nadir şəxsiyyətlərdən biri olan, Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 15 illiyi ölkəmizin hər yerində olduğu kimi daxili işlər orqanlarında da dərin ehtiramla yad edilmişdir. Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları Fəxri xiyabanda onun abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbəri dərin ehtiramla yad ediblər. Həmçinin anım günü ilə bağlı daxili işlər orqanlarının bütün struktur qurumlarında tədbirlər keçirilmiş, müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına məharətlə sinə gərən, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə birlikdə olan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən dünya şöhrətli siyasi xadimin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verilmişdir.