Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

24 04 2019

100 ilin salnaməsi

DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları akt zalında bu dəfə “Azərbaycan Polisi: 100 il Vətənə və xalqa xidmət yolu” toplusunun təqdimat mərasiminə yığılmışdılar.
“Tarixin ən çətin dönəmlərində üzərinə düşən vəzifə borcunu həm də milli heysiyyatla icra edən Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinə işıq tutan bu topluya sizlərin də şahidliyi ilə ekskurs edəcəyik”,- deyərək tədbiri açıq elan edən DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev dedi ki, dünəndən bu günə döyüşə-döyüşə yol gələn, gələcəyə doğru mətin addımlarla irəliləyən polisimizin 100 illik dönəmi bu topluda faktlarla, fotolarla oxuculara təqdim edilir.
Qeyd olundu ki, sağlam vətəndaş cəmiyyəti qurmağın, qüdrətli Azərbaycan üçün başlıca amilin sabitlik, əmin-amanlıq olduğunu nəzərə alan ulu öndərin rəhbərliyi ilə əsaslı islahatlar həyata keçirilmiş, qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur. Ümummilli liderin ali hakimiyyətə qayıdışından, xüsusilə də 1994-cü ilin aprelindən sonra daxili işlər orqanlarının həyatında yeni bir dövr başladı. Qarşlıqlı inama, dürüst əqidəyə, yüksək peşəkarlığa, başlıcası, Vətən sevgisinə söykənənlərin ölkəmizdə sabitliyi təmin etmək üçün içdiyi andın ən bariz nümunəsi isə dünyaya günəş kimi doğan, ulu öndərin yadıgarı Azərbaycandır.
Diqqətə çatdırıldı ki, bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu isə hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır, bu şərəfli peşədə çalışmaq üçün hər bir əməkdaşa stimul verir.
Polis polkovniki R.Qarayev çıxışında alayın şəxsi heyətinə xidməti fəaliyyəti ilə bağlı arzu və istəklərini, tövsiyələrini də bildirdi.
Alay rəhbərliyi adından təşəkkürünü bildirən komandir müavini, polis polkovniki Elçin Kazımi Azərbaycan Polisinin qəhrəmanlıq tarixini özündə əks etdirən daha neçə belə kitabın yaxın illərdə burada təqdimatının keçirilməsinə inamını ifadə etdi.

 





Çap et  Çap et